Dünya · Bizim.Media

"Qiyamət günü"nün tarixi açıqlandı: Bəşəriyyət necə məhv ola bilər?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Qiyamət günü"nün tarixi açıqlandı: Bəşəriyyət necə məhv ola bilər? xəbəri üçün şəkil

Nüvə silahından istifadə və süni intellektin cinayətkar məqsədlərlə tətbiqi 2100-cü ilə qədər bəşəriyyətin tamamilə məhvinə gətirib çıxara bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə dünyaca məşhur "Lancet" tibb jurnalında dərc olunan genişmiqyaslı tədqiqatda xəbərdarlıq edilir.

Alimlər Yer kürəsi əhalisi üçün 300-dən çox potensial təhlükə müəyyən edərək onları dörd kateqoriyaya bölüblər.

Bunlardan ilk iki kateqoriyaya daxil olan 17 ekzistensial risk insan növünün yer üzündən silinməsinə səbəb ola bilər. 

Risk piramidasının ən yüksək pilləsində nüvə qışı nəticəsində kütləvi aclığa yol açacaq nüvə münaqişəsi və süni intellektin bədxah məqsədlərlə, o cümlədən bioloji silahların hazırlanmasında tətbiqi yer alıb.

İkinci kateqoriyaya isə bəşəriyyətin tam məhvinə gətirib çıxarmasa da, 2100-cü ilə qədər ümumilikdə 1 milyarddan çox sağlam insan həyatının itirilməsinə səbəb olacaq təhdidlər daxil edilib. Bura havanın çirklənməsi, antimikrob dərmanlara davamlılıq, uşaqların yetərsiz qidalanması, iqlim dəyişikliyi, səhiyyəyə göstərilən beynəlxalq yardımın dayandırılması, ənənəvi hərbi münaqişələr, yüksək spirtli içki istehlakı və yüksək qan təzyiqi daxildir. 

Həmçinin gəlir bərabərsizliyi, aşağı təhsil səviyyəsi, təbii mənşəli pandemiyalar, piylənmə, psixi sağlamlıq pozuntuları, tütün çəkmə və qeyri-sağlam qocalma kimi faktorlar da bu siyahıdadır. 

Hesabat müəllifləri dünya ölkələrini müxtəlif təhlükələri qabaqcadan müəyyən edən, qarşısını alan və operativ reaksiya verən səhiyyə sistemləri qormağa və maliyyələşdirməyə çağırırlar. Bunun üçün dövlət strukturlarında xüsusi bölmələrin yaradılması, təhlükələrə hazırlıq tədbirlərinin büdcə planlamasına daxil edilməsi və xüsusilə həssas əhali qruplarına diqqət yetirilməklə monitorinq sistemlərinin gücləndirilməsi təklif olunur.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑