Dünya · Bizim.Media

Putinin xüsusi nümayəndəsindən Uitkoff və Kuşnerə: “Təşəkkür edirəm, sülhməramlılar”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinin xüsusi nümayəndəsindən Uitkoff və Kuşnerə: “Təşəkkür edirəm, sülhməramlılar” xəbəri üçün şəkil

Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa və Amerika liderinin kürəkəni Cared Kuşnerə Ukrayna üzrə danışıqlar prosesindəki iştiraklarına görə minnətdarlığını bildirib.

Bizim.Media xəbər verir ki, Dmitriyev "X" (Twitter) sosial şəbəkəsindəki hesabında "Təşəkkür edirəm, sülhməramlılar" yazaraq Uitkoff və Kuşnerin dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib.

Xatırladaq ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinin Stiv Uitkoffla görüşündə noyabrın 10-dan sonra Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin qurulması mövzusunda üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu diqqətə çatdırıb.

Uşakovun sözlərinə görə, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu Əbu-Dabi şəhərində keçirilə bilər.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑