Cəmiyyət · Bizim.Media

Papikyan: “Ermənistana keçən azərbaycanlı əsgər diversant deyil"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Papikyan: “Ermənistana keçən azərbaycanlı əsgər diversant deyil" xəbəri üçün şəkil

Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistana keçən azərbaycanlı hərbçinin diversant olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, Papikyan bunu parlamentdə hökumət saatı zamanı deyib.

Nazirin sözlərinə görə, hadisə ilə bağlı ətraflı məlumat xidməti araşdırma və istintaq tədbirləri başa çatdıqdan sonra təqdim ediləcək.

Onun sözlərinə görə, Ermənistanın səlahiyyətli orqanları sərhədin mümkün pozulmasından xəbər tutduqda qanunla müəyyən edilmiş tədbirlər, o cümlədən axtarış işləri həyata keçirilib.

Papikyan qeyd edib ki, azərbaycanlı hərbçi saxlanılarkən müqavimət göstərməyib. Onun sözlərinə görə, bu, hərbçinin diversant olmadığının göstəricisidir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑