Dünya · Bizim.Media

NASA astronavtlarının kosmosa gizli apardığı sendviç qalmaqal YARADIB - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
NASA astronavtlarının kosmosa gizli apardığı sendviç qalmaqal YARADIB - FOTO xəbəri üçün şəkil

1965-ci ildə NASA astronavtları Con Yanq və Qas Qrissomun “Gemini-3” kosmik gəmisinə gizli şəkildə apardıqları sendviç ABŞ Konqresində müzakirələrə səbəb olub. 

Bizim.Media xəbər verir ki, bu barədə UNIAN NASA-nın məlumatlarına istinadən yazıb.

Martın 23-də baş tutan uçuş zamanı Yanq duzlu ətli sendviçi skafandrında gizlədərək kosmosa aparıb.

Çəkisizlik şəraitində qırıntıların avadanlığa zərər verə biləcəyi üçün astronavtlar sendviçi tezliklə yığışdırıblar.
 

Hadisədən sonra NASA kosmik gəmiyə aparılan əşyalarla bağlı qaydaları sərtləşdirib. “Gemini-4” missiyasından başlayaraq ekipajlar gəmiyə götürdükləri bütün əşyaların siyahısını təqdim etməli olublar. Sendviçlərin, eləcə də ağır və metal əşyaların aparılması qadağan edilib.


Maraqlıdır ki, 1981-ci ildə həmin sendviç NASA-nın ilk kosmik gəmi uçuşu olan STS-1 missiyasının rəsmi menyusuna daxil edilib. Həmin uçuşun komandiri də Con Yanq olub.


Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑