Dünya · Bizim.Media

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı xəbəri üçün şəkil

Kanadada yaşayan Deidre Olsen mağazada yaşadığı utandırıcı hadisədən sonra həyat tərzini dəyişərək 39 kiloqram arıqlayıb. 

Bizim.Media xəbər verir ki, onun hekayəsini “Jam Press” yayımlayıb.

Qadının sözlərinə görə, depressiya dövründə nəzarətsiz yemək vərdişi və pivəyə güclü meyli səbəbindən çəkisi artıb. Ən ağır dövründə 93 kiloqram olan Olsen əyləncə parkındakı attraksionların oturacaqlarına güclə yerləşir, tez yorulur və pilləkənləri nəfəsi kəsilmədən qalxa bilmirdi.

 

Bir gün geyim almaq üçün mağazaya gedən qadın XL ölçülü şalvara belə sığmadığını görüb. Nəticədə hamilələr üçün nəzərdə tutulan bölmədən paltar almağa məcbur olub. Bu hadisə onu arıqlamağa qərar verməyə vadar edib.


Olsen ilk növbədə alkoqoldan və zərərli qidalardan imtina edib. O, qidalanmasında zülal və lif qəbuluna diqqət yetirib, həftədə beş dəfə idman zalına gedib və hər gün 10 min addım atıb.

Menyusuna tofu, manna yarmasından hazırlanan yeməklər, kəsmik, noxud və avokado əlavə edib.

Qadın bildirir ki, bu dəyişikliklərdən sonra özünəinamı artıb və artıq özünü daha güclü, çevik hiss edir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑