Dünya · Bizim.Media

Müharibə zamanı ölkədən qaçan ukraynalı müğənnidən yeni XƏBƏR VAR - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Müharibə zamanı ölkədən qaçan ukraynalı müğənnidən yeni XƏBƏR VAR - FOTO xəbəri üçün şəkil

Rusiya-Ukrayna müharibəsi fonunda susqunluğu ilə seçilən və Rusiya auditoriyası qarşısında çıxışlarını davam etdirən ukraynalı müğənni MARUV (əsl adı Anna Korsun) həyat yoldaşı, PR meneceri Aleksandr Korsundan boşandığını elan edib.

Bizim.Media xəbər verir ki, sənətçi 14 illik evliliklərinə son qoyduqlarını şəxsi Instagram hesabında bəyan edib.

Müğənni boşancaqlarının səbəbini açıqlamayacağını və övladlarının xatirinə keçmiş həyat yoldaşı ilə dostluq münasibətlərini saxlamaq istədiyini bildirib:

"14 il davam edən münasibətimizə son qoyduq. Düşünürəm ki, bunu mətbuatdan deyil, birbaşa məndən öyrənməyiniz daha dürüst olar. Bu mövzuda şayiələrin və müzakirələrin qarşısını almaq üçün paylaşımın rəy bölməsini bağlayıram. Biz birgə möhtəşəm bir övlada həyat vermişik və indi mənim üçün ən vacib məsələ onun mənəvi rahatlığını təmin etməkdir."

Qeyd edək ki, müğənni Ukraynadakı müharibə ilə bağlı mövqe bildirməyib və xaricdə rusiyalılar üçün keçirilən özəl tədbirlərdə daim çıxış edib.


Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑