Litvanın müdafiə texnologiyaları şirkəti “Pekkla” və Ukraynanın “December One RND” şirkəti radioelektron mübarizə vasitələrinin və dron komponentlərinin istehsalı, eləcə də tədarükü sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Bizim.Media xəbər verir ki, əməkdaşlıq birgə texnoloji həllərin hazırlanmasını, avadanlıqların təkmilləşdirilməsini və Ukraynanın ehtiyacları nəzərə alınmaqla istehsal güclərinin artırılmasını nəzərdə tutur.
Layihə 2026-cı ilin mayında iki ölkə arasında imzalanmış “Drone Deal” sazişi çərçivəsində həyata keçirilir.
Dron komponentlərinin istehsalına 2027-ci ildə başlanılması gözlənilir.
Bizim.Media
Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





