Region · Bizim.Media

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb” xəbəri üçün şəkil

“Dünya enerji bazarında sabitliyi pozan tərəf Rusiya deyil, ABŞ və Avropa İttifaqıdır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə görüşündə bildirib.

Lavrovun sözlərinə görə, Rusiya enerji bazarında qiymət dəyişkənliyində maraqlı deyil və sabitliyin tərəfdarıdır.

O, həmçinin Rusiyanın İrana qarşı ABŞ ilə münaqişənin həlli yollarının tapılmasına kömək etməyə hazır olduğunu qeyd edib. Lavrovun sözlərinə görə, Rusiya ilə İran arasında karbohidrogenlər sahəsində əməkdaşlıq üçün böyük perspektivlər var.

Lavrov iddia edib ki, Rusiya Ukraynada mülki obyektlərə hücum etməyib, yalnız terror aktlarına dəstək məqsədilə istifadə olunan obyektlər istisnadır.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑