Cəmiyyət · Bizim.Media

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR? xəbəri üçün şəkil

Son zamanlar paytaxtda və digər şəhərlərimizdə çayxanalar əsas görüş yeri statusunu itirib. Belə ki, əvvəllər kişilərin əsas görüş yeri çayxanalar idi. Lakin bu gün çoxları çayxana yerinə kofe şəbəkələrinə üz tutur, dost-tanışları ilə burada görüşürlər. 

Baxmayaraq ki, çayın ölkəmizdə zəngin ənənələri var. Üstəlik, çay kofe ilə müqayisədə xeyli ucuzdur. Lakin kofeşoplar artıq çayxanaları sıxışdırmağı bacarıb.

İnsanlar niyə kofeşoplara daha çox maraq göstərirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan marketoloq Elxan Mərdanlı deyib ki, Bakıda çayxanalardan kofe məkanlarına keçid həm şəhər mədəniyyətinin, həm də biznes yanaşmasının dəyişməsi kimi görünür:

“Ənənəvi çayxanalar əsasən kişilərin toplandığı məkanlar idi. Müasir kofe məkanları isə qadınların, kişilərin, ailələrin, hətta uşaqların da rahat vaxt keçirə bildiyi mühit yaradır. Daha düşünülmüş dizayn, yaxşı xidmət və tüstüsüz hava bu məkanları geniş auditoriya üçün cəlbedici edir. Bəzi çayxanalarda oyun zamanı siqaret çəkilməsi və yaranan qoxu isə müştəri seçimini məhdudlaşdırır.
 

Biznes baxımından kofe üzərindən müxtəlif isti və soyuq içkilər hazırlayıb təqdim etmək mümkündür. Bu çeşidlilik fərqli müştəri zövqlərinə cavab verməyə, satış imkanlarını genişləndirməyə və məkanın uzunmüddətli fəaliyyətini dəstəkləməyə kömək edir.

Məncə, şəhərin inkişafı insanların eyni masa ətrafında daha rahat bir araya gəlməsində görünür. Bu rahatlığı yaradan biznesin də davamlı olmaq şansı artır”.

Surxay Atakişiyev, Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑