VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən xarici qonaqların Şuşa və Ağdam şəhərlərinə səfəri təşkil olunub.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyi məlumat verib.
Bildirilib ki, səfər çərçivəsində qonaqlar Şuşa şəhərinin mərkəzi meydanında "Güllələnmiş büstlər"i, həmçinin Xurşidbanu Natəvanın evi, Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi və Mehmandarovların Ev-Muzeyini ziyarət ediblər.
Daha sonra Forum iştirakçıları Ağdam şəhərinə səfər edib, "İmarət" Kompleksində olublar.
Hər iki şəhərlə tanışlıq zamanı 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərin sosial infrastrukturuna, tarixi-mədəni irsinə, o cümlədən dini məkanlara qarşı törədilən vandalizm və talan barədə məlumat verilib.
Azərbaycan dövlətinin Şuşa və Ağdamla yanaşı, işğaldan azad edilmiş digər ərazilərdə həyata keçirilən yenidənqurma və təmir-bərpa işləri də qonaqların diqqətinə çatdırılıb.







Bizim.Media
Forum iştirakçılarının Qarabağ bölgəsinə səfəri təşkil olundu - FOTO
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



