İqtisadiyyat · Bizim.Media

Ekspert Şəki sakininin 1500 manatını mənimsəyib? - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ekspert Şəki sakininin 1500 manatını mənimsəyib? - VİDEO xəbəri üçün şəkil

84 bal topladı, amma arzuladığı universitetə qəbul ola bilmədi. Oğlunun gələcəyi üçün çarə axtaran ata isə 1500 manatından oldu.

Bizim.Media xəbər verir ki, Şəkinin Bolludərə kənd sakini Toğrul Allahverdiyev V qrup üzrə imtahan verərək İdman Akademiyasına qəbul olmaq istəyib.
 

Keçid balı 72 olsa da, 84 bal toplayan abituriyent qabiliyyət imtahanından keçə bilməyib. Sosial şəbəkələrdə özünü təhsil eksperti kimi təqdim edən şəxs abituriyentin topladığı balla akademiyaya qəbulunu təmin edəcəyini vəd edərək bunun müqabilində 1500 manat tələb edib.


Valideynlər bildirir ki, pul köçürüləndən sonra nəticə olmayıb. Həmin şəxs sadəcə vədlər verib.

Vəziyyəti öyrənmək üçün  biz də sözü gedən təhsil eksperti ilə əlaqə yaratmağa çalışdıq. Lakin, telefonlara cavab vermədi.

Əldə etdiyimiz məlumata görə, vətəndaşın pul vəsaitinin ələ keçirilməsi ilə bağlı Bakıda ərazi polis şöbəsinə müraciəti daxil olub. Hazırda müraciət əsasında araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑