Dünya · Bizim.Media

"Boeing" sərnişin təyyarəsinin yeni modeli: Artıq 1555 ədəd sifariş edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Boeing" sərnişin təyyarəsinin yeni modeli: Artıq 1555 ədəd sifariş edilib xəbəri üçün şəkil

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi (FAA) dünyanın ən populyar "737 MAX" ailəsinin ən böyük təyyarəsi olan "Boeing 737 MAX 10"u rəsmi olaraq sertrtifikasiya edib (kommersiya istismarına icazə verib).

Bizim.Media xəbər verir ki, FAA nümayəndələrinin sənədləri imzalaması ilə təyyarənin istismara verilməsi yolundakı son tənzimləyici maneə aradan qaldırılıb. Bu sertifikat təyyarəyə dünyanın əksər ölkələrinin hava limanlarında sərbəst eniş və xidmət göstərmək hüququ qazandırır.
 

Yeni modelin hazırlanması və sertifikatlaşdırılması təxminən doqquz il çəkib. Gecikməyə səbəb 2018–2019-cu illərdəki qəzalardan sonra tənzimləyici orqanların tələblərinin sərtləşməsi, eləcə də ekipajın xəbərdarlıq sistemləri və mühərrikin buzlaşmaya qarşı sistemində edilən əlavə işlər olub.


Proqram çərçivəsində təyyarə ümumi müddəti 2000 saatdan çox olan təxminən 1000 uçuş və 1000 saat yerüstü sınaq həyata keçirib.

"Boeing" şirkətinin məlumatına görə, hazırda 30-dan çox sifarişçidən "737-10" modeli üçün 1555 ədəd sifariş portfeli mövcuddur.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑