Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H (ad və soyad şərtidir) polisə müraciət edərək Babayev Araz Ayaz oğlunun ona qarşı cinsi zorakılıq etdiyini, daha sonra şantaj etməklə 17 000 manat pulunu ələ keçirdiyini bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Babayev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Araz Babayev borc öhdəliklərindən yayınmaq məqsədilə, borclu olduğu şəxsləri müxtəlif üsullarla şantaj edirmiş.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir
Bizim.Media



