İqtisadiyyat · Bizim.Media

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO xəbəri üçün şəkil

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Lordlar Palatasının üzvü Lord Anas Sarvar ilə görüşüb.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsi və yeni iqtisadi imkanların araşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 

Rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib. Həmçinin Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.


Tərəflər qarşılıqlı iqtisadi əlaqələrin şaxələndirilməsi, biznes subyektləri arasında birbaşa əməkdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyini qeyd ediblər.




Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑