Avropa Parlamentinin vitse-prezidenti Pina Piçerno Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərindəki dəhşətli humanitar vəziyyətə diqqət çəkmək üçün aclıq aksiyasına başladığını bəyan edib.
Bizim.Media xəbər verir ki, Piçerno şəhərdə minlərlə insanın qida və dərmansız tələyə düşdüyünü bildirib.
Ərazidən qaçmaq istəyənlər minaya basdırıldığı üçün həyatını itirmək riski ilə üzləşir, qalanlar isə acından ölmək təhlükəsi altındadır.
Avropalı siyasətçi təcili humanitar atəşkəs elan olunmasını, dinc əhaliyə qida və tibbi yardımın çatdırılmasını və dinc sakinlərin təhlükəsiz təxliyəsini tələb edir.
Ukrayna Ombudsmanı Dmitro Lubinets regiondan 200-dən çoxu uşaq olmaqla təxminən 6 min sakinin təxliyə edilməli olduğunu açıqlayıb.
"The Times" yazır ki, şəhərə sonuncu dəfə mütəmadi ərzaq tədarükü may ayında edilib. Şəhərdə elektrik, qaz və içməli su yoxdur, küçələrdə minaya düşənlərin və ya PUA zərbələrindən həlak olanların cəsədləri qalmaqdadır.
Bizim.Media
Avropa Parlamentinin vitse-prezidenti Oleşkidəki fəlakətlə bağlı aclıq aksiyasına başladı

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





