Oktyabrın 20-də Astara rayonunun beş məntəqəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsindən bildirilib.
Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 20-də saat 10:00-dan işlər yekunlaşanadək Astara rayonunun Ojakəran, Deqədi, Səlivə kəndlərinin, Ərçivan və Kijəbə qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bizim.Media
Astaranın 5 ərazisində QAZ OLMAYACAQ

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





