Cəmiyyət · Bizim.Media

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü xəbəri üçün şəkil

Astrada kişi arvadını döyüb.

Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib.

Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzayev əvvəlcə deyib ki, arvadı xəstə olduğu üçün özünü yaxşı hiss etmir və ona heç bir xəsarət yetirməyib. Amma o, sonradan əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkən qadın isə bildirib ki, Akif onun üçüncü həyat yoldaşıdır. Qeyri-rəsmi olaraq bir yerdə yaşayırlar və 9 yaşlı övladları var.

Qadının sözlərinə görə, spirtli içki (araq) almaq üçün pul vermədiyi üçün əri tərəfindən baltanın sapı ilə döyülüb. Tez-tez aralarında belə mübahisələr olur. Zərərçəkən artıq ərinin evə gəlməyini istəmədiyini deyərək, onun cəzalandırılmasını istəyib.

Məhkəmənin qərarı ilə Akif Rzayev 20 gün müddətinə inzibati qaydada həbs olunub. 

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑