Dünya · Bizim.Media

Albaniyanın Baş naziri Rusiya və İranı ittiham etdi - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Albaniyanın Baş naziri Rusiya və İranı ittiham etdi - VİDEO xəbəri üçün şəkil

Albaniyanın Baş naziri Edi Rama ölkədə kütləvi şəkildə davam edən etiraz aksiyalarının arxasında xarici qüvvələrin dayandığını bəyan edib. Hökumət rəhbəri xüsusilə Rusiya və İranın bu iğtişaşlara müdaxilə etdiyini vurğulayıb.

Bizim.Media xəbər verir ki, Edi Rama xarici müdaxiləni sübut edən çoxlu dəlillərin olduğunu bildirib.

O qeyd edib ki, maskaların arxasında Albaniyaya pislik arzulayan və ölkəni yalnız öz maraqları üçün ələ keçirmək istəyən qüvvələr gizlənir.

Paytaxt Tiranda etirazçıların polislərə atmasının qarşısını almaq məqsədilə küçələrdəki səki daşlarının (pilitələrin) kütləvi şəkildə sökülməsinə başlanılıb.


Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑