Xəbər verdiyimiz kimi bu gün “Turan Tovuz” Türkiyənin “Fənərbaxça” klubu ilə yoldaşlıq matçında üz-üzə gəlib.
Bizim.Media xəbər verir ki, qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Matç qonaqların 0:2 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyiblər.
Xatırladaq ki, “Turan”la “Fənərbağça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.
3 oktyabr
20:00. “Turan Tovuz” (Azərbaycan) - “Fənərbağça” (Türkiyə) - 0:2
Qol: Kante, 60, Çağrı Balta, 74
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
Bizim.Media
“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO
Xəbəri paylaş
Bu saytda oxunma: 0
Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.
