“Ukrayna ilin sonunadək müdafiə sahəsində yaranan 8 milyard dollarlıq maliyyə çatışmazlığını Avropa Komissiyasının hesabına tamamlaya bilməyəcək”.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.
Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyi avqust ayında əlavə maliyyə ehtiyacını 27 milyard dollar qiymətləndirib. Kiyev bunun 7 milyard dollardan çoxunu daxili resurslar hesabına qarşılamağı, daha 12 milyard dolları isə tərəfdaşlarla birgə cəlb etməyi planlaşdırır.
Qalan məbləğin hansı mənbədən təmin ediləcəyi isə hələ müəyyənləşdirilməyib.
“Avropa Komissiyası bu il müvafiq maliyyə alətlərinin olmaması səbəbindən həmin məbləği qarşılaya bilməyəcək”, - deyə Marçenko qeyd edib.
Nazir əlavə edib ki, Ukrayna dövlət büdcəsinin maliyyələşdirilməsi üçün ilin sonunadək müttəfiqlərindən ümumilikdə 29,5 milyard dollar almalıdır. Bunun üçün Kiyev bir sıra zəruri islahatları həyata keçirməlidir.
Bizim.Media
“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”
Xəbəri paylaş
Bu saytda oxunma: 0
Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.
