Cəmiyyət · Bizim.Media

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO xəbəri üçün şəkil

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanat yolu ilə də sərnişindaşıma olacaq.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Fərmanında dəyişiklik edib.
 

Sənədə əsasən, "Bakı Metropoliteni" sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də layihələndirilməsini və tikintisini, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini və s. təmin edəcək.


Ekspert Anar Abbasov deyir ki, ölkəmizdə artıq kanat yolu təcrübəsi var, Bakıda planlaşdırılan kanat yolu isə bir sıra ütsünlüklərə malik olacaq.

Mütəxəssisin sözlərinə görə, kanatın qiymətləri icitmai nəqliyyatın qiymətlərindən kəskin fərqlənməyəcək.

Kanat yolunun hansı ərazilərdə təşkil edilə biləcəyi, yaradacağı üstünlüklər, mümkün qiymətlərlə bağlı suallara aydınlıq gətirmək üçün "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq.

Bildirildi ki, qurumun sərnişindaşımada kanat yollarıyla bağlı göstərəcəyi xidmətlərlə əlaqədar ətraflı yaxın günlərdə icitmaiyyətə açıqlama veriləcək.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑