Cəmiyyət · Bizim.Media

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR xəbəri üçün şəkil

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Bəzi qadınların alkoqol asılılığı olan, eləcə də psixi problemlər yaşayan kişilərə meyl etməsinin müxtəlif psixoloji səbəbləri ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Vechernyaya Moskva” klinik psixoloq Marianna Abravitovanın fikirlərinə istinadən yazıb.

Məlumata görə, aparılan araşdırmalardan birində iştirakçılara adı açıqlanmayan şairin psixi problemlər yaşamazdan əvvəl və asılılıqla mübarizə apardığı dövrdə yazdığı şeirlər təqdim olunub. Respondentlərin əksəriyyəti onun işsiz olduğu və psixi problemlərinin kəskinləşdiyi dövrdə yazdığı əsərləri seçib.


Bəs qadınların belə kişilərlə romantik münasibətə meyl etməsinin səbəbləri nədir?

Psixoloqun sözlərinə görə, bu cür seçimlərin arxasında bir neçə psixoloji mexanizm dayana bilər.

Uşaqlıq ssenarisinin təkrarlanması – Ailədə münasibətlər qeyri-sabit və soyuq olubsa, qadın yetkinlik dövründə uşaqlıqda gördüyü münasibət modelini təkrarlaya bilər. Bu zaman o, şüursuz şəkildə keçmişdə ona ağrı yaşadan əhəmiyyətli bir insanı xatırladan partnyor seçir.

Asılı münasibət modeli – Bəzi qadınlar daim tərbiyə etməli, nəzarətdə saxlamalı, dəyişdirməli və “xilas etməli” olduqları partnyorlara meyl edə bilərlər. Belə münasibətlərdə özlərini vacib və lazımlı hiss edirlər. Psixoloq bunu emosional dalğalanmalar yaradan bir vəziyyət kimi qiymətləndirir.

Romantiklik və mərhəmət – Bəzi araşdırmalara görə, problem yaşayan kişilər bəzi qadınlara digərlərindən fərqli, yaradıcı və daha həssas görünə bilər. Bu isə qadında mərhəmət və həmin şəxsi qorumaq istəyi yarada bilər.



Bu cür münasibətlər niyə təhlükəlidir?

Mütəxəssis belə münasibətlərin uzunmüddətli perspektivdə qadın üçün ciddi emosional problemlərə səbəb ola biləcəyini bildirib.

Onun sözlərinə görə, qadın partnyorunun asılılığından və ya psixi problemlərindən “xilas etmək” üçün öz resurslarını sərf edə, daim onu nəzarətdə saxlamağa çalışa bilər. Davamlı uğursuzluqlar və kişinin gözlənilməz davranışları isə qadının özünə inamını zəiflədə və onu partnyorunun problemlərində özünü günahlandırmağa vadar edə bilər.

Bunun qarşısını necə almaq olar?

Psixoloq belə münasibət modelindən uzaqlaşmaq üçün əvvəlcə problemin fərqinə varmağı və onun səbəblərini araşdırmağı tövsiyə edib.
 

Onun fikrincə, qadın uşaqlıqda valideynləri ilə münasibətlərinin indiki seçimlərinə necə təsir etdiyini anlamalı, daha sonra isə partnyor seçərkən emosional sabitlik, etibarlılıq, qarşılıqlı hörmət və dəstək kimi xüsusiyyətlərə üstünlük verməlidir.


Mütəxəssis qeyd edib ki, emosional “dalğalanmalara” öyrəşmiş insan üçün sağlam və sakit münasibətlər ilk mərhələdə darıxdırıcı görünə bilər. Lakin münasibətdə dramatik vəziyyətlərin olmaması onun sağlam olmadığı anlamına gəlmir.

Psixoloq problemin öhdəsindən müstəqil gəlmək mümkün olmadıqda mütəxəssisə müraciət etməyi tövsiyə edib.

Bizim.Media 

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑