Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən bir sıra yolötürücülərində instrumental müayinə işlərinin aparılması nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, müayinələr oktyabrın 3-ü, 4-ü, 10-u və 11-də gecə saat 01:00-dan 05:00-dək həyata keçiriləcək.
Müayinələrin aparılacağı ərazilər aşağıdakılardır:
Oktyabrın 3-də – Nizami rayonu, M.Əliyev küçəsi, “Dakar” dairəsi;
Oktyabrın 4-də – Ziya Bünyadov prospektində yerləşən “Çermet” yolötürücüsü;
Oktyabrın 10-da – M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu kilometri (Ekologiya postu);
Oktyabrın 11-də – M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı.
Qeyd edək ki, instrumental müayinələrin əsas məqsədi körpü və yolötürücülərinin texniki vəziyyətini qiymətləndirmək, mümkün riskləri vaxtında müəyyənləşdirmək, bu qurğuların etibarlı istismarını və yol hərəkəti təhlükəsizliyini təmin etməkdir.
Bizim.Media
Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq
Xəbəri paylaş
Bu saytda oxunma: 0
Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.
