Dünya · Bizim.Media

18 yaşlıı Rusiya vətəndaşı gizli məlumatları Ukraynaya ötürürmüş – FTX HƏBS ETDİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
18 yaşlıı Rusiya vətəndaşı gizli məlumatları Ukraynaya ötürürmüş – FTX HƏBS ETDİ xəbəri üçün şəkil

Federal Təhlükəsizlik Xidməti (FTX) Mari El Respublikasının bir sakininin saxlanıldığını və həbs edildiyini açıqlayıb. Həmin şəxs müdafiə-sənaye kompleksi obyektləri və hüquq-mühafizə orqanları barədə məlumatları Ukrayna hərbi kəşfiyyatına ötürməkdə ittiham olunur.

Bizim.Media xəbər verir ki, FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, "Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti dövlətə xəyanət etməkdə şübhəli bilinən, 2008-ci il təvəllüdlü Rusiya vətəndaşının qanunsuz fəaliyyətini aşkar edərək qarşısını alıb".

Təhlükəsizlik xidmətinin bildirdiyinə görə, saxlanılan şəxs internet vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə əlaqə yaradıb.

O, pul müqabilində regiondakı müdafiə-sənaye kompleksi obyektlərinin və hüquq-mühafizə orqanlarının yerləşdiyi yerlər barədə məlumatları toplayaraq qarşı tərəfə ötürüb.

FTX-nin Mari El Respublikası üzrə İdarəsinin istintaq şöbəsi həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə cinayət işi başladıb. O, həbs edilib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑