Qala-Şüvəlan yolunda ölümlə nəticələnən yol qəzası olub.
Bizim.Media xəbər verir ki, Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi "Daewo" markalı avtobusla Şüvəlan qəsəbəsi ərazisində hərəkətdə olarkən Elçin Qədim oğlu Qədimovun idarə etdiyi "Lada Granta" markalı minik avtomobil ilə toqquşub.
Nəticədə E.Qədimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. (Report.az)
Bizim.Media
Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Xəbəri paylaş
Oxunma1
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





