Dünya · Bizim.Media

Çexiyada unikal akvarium qıraşdırıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çexiyada unikal akvarium qıraşdırıldı xəbəri üçün şəkil

Çexiyanın məşhur kurort şəhəri Frantişkovı Laznedə Bələdiyyə Evinin döşəməsinə quraşdırılmış unikal akvarium turistlərin marağına səbəb olur.

Bizim.Media xəbər verir ki, XVIII əsrdə balların keçirildiyi binada şüşə döşəmənin altında rəngarəng koi karpları və möhtəşəm nərələr üzür.
 

Bələdiyyə Evinin təməli 1793-cü ildə qoyulub, bir il sonra isə təntənəli şəkildə açılıb. 1876–1877-ci illərdə binaya neorenessans üslubunda böyük Kurort Salonu əlavə olunub, bu gün də mədəni tədbirlər üçün istifadə edilir.


Keçmiş restoranın döşəməsindəki akvarium 109 kvadratmetr sahəni əhatə edir və 60 mindən çox litr su tutur. Burada 38 dekorativ koi karpı və 30 nərə yaşayır; bəzi karplar 1990-cı illərin sonundan buradadır.

Karplar çərşənbə axşamları, nərələr isə cümə axşamları yemlənir. Yenidənqurma zamanı müasir filtrasiya, havalandırma və işıqlandırma sistemləri quraşdırılıb; bu işdə balıqçılıq ənənələri ilə tanınan Třeboň şəhərinin mütəxəssisləri iştirak edib. Bina ekskursiyalar üçün də açıqdır.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑