Son xəbərlər · BiG.az

Si Cinpinin istirahəti üçün sammitin proqramı dəyişdirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Si Cinpinin istirahəti üçün sammitin proqramı dəyişdirilib xəbəri üçün şəkil

Çin rəsmiləri ABŞ-dakı həmkarlarından Çin Prezidenti Si Cinpinin ABŞ-a səfəri zamanı istirahəti üçün xüsusi şərait yaradılmasını istəyiblər.

BiG.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Si Cinpinin qeyri-adi uzun istirahət fasilələri ABŞ Prezidenti Donald Trampla keçirilən sammitin proqramına da təsir edib.

Çin rəsmiləri Si Cinpinin səfər zamanı dincəlməsi üçün Ağ Evin Qərb qanadında xüsusi otaq ayrılmasını tələb ediblər. Məlumata görə, həmin otağa yalnız Si Cinpinin həyat yoldaşı Pen Liyuanın daxil olmasına icazə verilib.

WSJ yazır ki, Çin tərəfi tədbirlər arasında Si Cinpinin istirahəti üçün daha çox vaxt ayrılmasını istəyib. Nəticədə sammitin proqramında təxminən beş saatlıq fasilə yaranıb.

Bundan əlavə, Çin nümayəndə heyəti sentyabrın 24-də Si Cinpinlə Donald Tramp arasında keçirilməsi planlaşdırılan işgüzar nahardan da imtina edib.






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑