Son xəbərlər · BiG.az

Onları polislə hədələdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Onları polislə hədələdi xəbəri üçün şəkil

Müğənni Tacir Şahmalıoğlunun xeyli çəki atması uzun müddətdir müzakirə olunur.

Axşam.az xəbər verir ki, sənətçi bir müddət əvvəl əməliyyat olunduğunu və diabet problemi olduğu üçün çəki atmalı olduğunu açıqlayıb. Lakin sosial şəbəkələrdə ifaçının ağır xəstəlikdən əziyyət çəkdiyi iddia olunub.

T.Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu bu cür paylaşımların ailəsini narahat etdiyini bildirib. O, bu halla qarşılaşsa, polisə müraciət edəcəyini deyib:
"Çox şükür, atamın hər şeyi qaydasındadır. Pis günləri geridə qoyduq. Atam sağdır, yaxşıdır. Atamın ağır xəstə olduğunu yazanlara demək istəyirəm ki, sizinlə qanunla danışacağam. Siz çoxsunuz, bacara bilmərəm. Belə paylaşım görsəm, gedib polisə şikayət edəcəyəm".






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑