İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ hərbçiləri arasında faktiki ölüm sayının və ABŞ-ın hərbi aktivlərinə dəyən zərərin rəsmi açıqlanan rəqəmlərdən "daha çox" olduğunu bildirib.
BiG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əraqçi "X" hesabında yazıb ki, may ayında ABŞ Konqresinin Araşdırma Xidməti İran Silahlı Qüvvələrinin 42 ABŞ hərbi təyyarəsini məhv etdiyini etiraf edib.
"İndi isə: 81", - deyə İran XİN başçısı qeyd edib.
O, fikirlərinin sübutu kimi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bazaların vəziyyətinin yaxşı olduğunu bildirməsinə baxmayaraq, fəaliyyətdə olan senatorun həmin bazaları yoxlamasına icazə vermədiyini bildirib.
Əraqçi həmçinin ABŞ-ın İranla müharibə nəticəsində indiyədək milyardlarla dollar itki verdiyini açıqlayıb.
