Son xəbərlər · BiG.az

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün şərtlər irəli sürdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün şərtlər irəli sürdü xəbəri üçün şəkil

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün yeni plan təqdim edib. Üç bənddən ibarət təklif Kiyev tərəfindən əvvəlki təşəbbüslərlə müqayisədə daha əhatəli hesab olunub.

BiG.AZ xəbər verir ki, planın birinci bəndinə əsasən, tərəflər enerji və digər mühüm infrastruktura hücumları dayandırmalıdır.

İkinci bənd Qara dəniz limanları vasitəsilə taxıl və enerji məhsullarının fasiləsiz tədarükünün təmin edilməsini nəzərdə tutur. Üçüncü bənd isə ticarət gəmilərinin təhlükəsizliyinə aiddir və onlara hücumların dayandırılmasını tələb edir.

Planın təqdimatı zamanı Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ölkəsinin "Ukrayna münaqişəsinin həlli prosesində bir qədər daha fəal iştirak etməyə" başladığını bildirib.

Nazir qeyd edib ki, Yeni Dehli hazırda həm Rusiya, həm də Ukrayna ilə fəal təmas saxlayır. O, xüsusilə Qara dənizdə naviqasiya təhlükəsizliyinə diqqət yetirildiyini vurğulayıb.






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑