Rusiyanın Nijni Novqorod şəhərinin "Torpedo" komandasında çıxış edən amerikalı xokkeyçi Mayk Vekkione Rusiya və ABŞ mətbəxlərini müqayisə edib.
BiG.AZ xəbər verir ki, onun sözlərini "Çempionat" qəzeti sitat gətirib.
Hücumçu agentinin bir dəfə onu rus mətbəxinin kulinariya turuna apardığını danışıb. Vekkione həmin vaxt müxtəlif ət yeməklərindən daddığını bildirib.
"Hazırda hansı rus yeməyini yediyimi xatırlamağa çalışıram. Kartofun içində mal əti olur, piroqa bənzəyir. Hazırda ən sevdiyim yeməkdir. Bütün gün bundan başqa heç nə yeyə bilməzdim", - deyə xokkeyçi bildirib.
