Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo-jong Cənubi Koreyanın Pxenyana tibbi avadanlıq bağışlamaq planını təxribat və təhqir kimi qiymətləndirib.
BiG.AZ xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Yo-jong açıqlamasında bildirib ki, bu təşəbbüs "dövlətimizə qarşı təhqir, siyasi təxribatın bir formasıdır və suverenliyimizə qarşı ciddi pozuntudur, milli qanunlarımızı pozur".
Onun sözlərinə görə, təşəbbüs "məkrli siyasi hesablama" əsasında irəli sürülüb. Kim Yo-jong iddia edib ki, Cənubi Koreya bu addımla özünün "xoş niyyətli mövqeyini" nümayiş etdirmək və Şimali Koreyanın yardımı qəbul etməkdən imtina etməsini balanslaşdırmaq istəyir.
