Dünya · Banker.az

Mirzoyan: “Tramp marşrutu” ilə silah və sursat daşınmayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mirzoyan: “Tramp marşrutu” ilə silah və sursat daşınmayacaq xəbəri üçün şəkil

TRIPP – “Tramp marşrutu” ilə silah, sursat və təhlükəli kimyəvi maddələr daşınmayacaq.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasında TRIPP üzrə saziş layihəsini təqdim edərkən bildirib.

“Azərbaycanla aramızda da belə bir anlayış var ki, qadağan olunmuş yüklər, məsələn, silah və sursat, yaxud təhlükəli kimyəvi maddələr daşınmayacaq”, – nazir deyib.

Mirzoyanın sözlərinə görə, Ermənistanla müxtəlif ölkələr arasında müvafiq sənədlərlə razılaşdırılmış yük və malların konkret siyahısı var. O, Azərbaycanın da bu baxımdan istisna olmayacağını bildirib.

Nazir bəzi kateqoriyalardan olan malların daşınması üçün əvvəlcədən razılıq alınmasının tələb edildiyini də qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑