Dünya · Banker.az

İranın yeni müdafiə naziri ABŞ-yə xəbərdarlıq edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranın yeni müdafiə naziri ABŞ-yə xəbərdarlıq edib xəbəri üçün şəkil

İranın yeni müdafiə naziri Mehrdad Əxlaqi Kitabçi ABŞ-ni ölkəsinə qarşı yeni hərbi hücumlardan çəkinməyə çağırıb.

Nazir İran parlamentində çıxışı zamanı ABŞ-nin mümkün hücumlarına münasibət bildirib.

O qeyd edib ki, Vaşinqton İrana qarşı yenidən hərbi əməliyyatlara başlayacağı təqdirdə Tehran genişmiqyaslı və güclü cavab verəcək.

Əxlaqi Kitabçi ABŞ-nin İranın infrastruktur obyektlərinə GBU-43/B tipli güclü bomba ilə zərbə endirməsi ehtimalına da toxunub.

Nazir, həmçinin ölkənin müdafiə sənayesinin inkişaf etdiriləcəyini, hərbi texnologiyaların təkmilləşdiriləcəyini və özəl sektorla əməkdaşlığın genişləndiriləcəyini bildirib.

Qeyd edək ki, İran parlamenti Mehrdad Əxlaqi Kitabçinin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑