Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, Ərdoğan bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Dost və qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Gününü ölkəm və xalqım adından ürəkdən təbrik edirəm.
Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz azərbaycanlı qardaşlarıma salamlarımı çatdırıram”, – paylaşımda qeyd olunub.
Türkiyə - Azərbaycan münasibətləri bir xalqın sevgisidir. Bu sevgiyə hər hansı qüvvənin toxuna bilməyəcəyini düşünürük. Unutmayaq, sosial şəbəkələrdə baş verənlər göstərir ki, qardaşlığı hədəfə alanların üsulları dəyişib. Elə olmasaydı, vahid məktəbli forması ətrafında başlayan mübahisə qısa müddətdə siyasi qarşıdurmaya çevrilməzdi. Türkiyədə siyasi şəxslər və mediada çıxış edənlərin Azərbaycanı hədəfə alan bəyanatları, Azərbaycandan məcburən verilən cavablar gərginliyi artırdı. Deməli, mövzu ge
17-18 oktyabr tarixlərində İraq Respublikasının paytaxtı Bağdad şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 52-ci sessiyası keçirilib.
XİN-dən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasını sessiyada xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbir zamanı İƏT üzv dövlətlərinin gündəliyində olan aktual məsələlər, regional və beynəlxalq çağırışlar, İƏT məkanında baş verən yeniliklər, əh
İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin cari həbs müddəti başa çatıb.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məhkəməyə müraciət edib.
Vəsatətdə xüsusilə ağır cinayət işi üzrə 13 aylıq istintaq müddətinin kifayət etmədiyi, irihəcmli iş üzrə əlavə sübutların toplanmasının zəruri olduğu bildirilib. İstintaq uzadıldığından təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin
Azad olunan ərazilərdə 12-18 oktyabrda 66 tank əleyhinə mina, 188 piyada əleyhinə mina, 631 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında ...
Azərbaycanın Xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb.
Ölkə.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, onun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Z.Rzayevin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Xalq artisti sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qarac...