İqtisadiyyat · Banker.az

AzTV ötən ili 4.2 milyon manat zərərlə başa vurub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AzTV ötən ili 4.2 milyon manat zərərlə başa vurub xəbəri üçün şəkil

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) 2025-ci ili 4 milyon 221 min manat zərərlə tamamlayıb. Cəmiyyət 2024-cü ili 1 milyon 363 min manat xalis zərərlə başa vurmuşdu. Beləliklə, şirkətin illik zərəri 3.1 dəfə artmışdır.

Banker.az bu barədə AzTV-nin 2025-ci il üzrə maliyyə hesababatına əsasən xəbər verir.

AzTV-nin cəmi kapitalı 2024-cü ilin sonundakı 31 milyon 823 min manatdan 13.3% azalaraq 2025-ci ilin sonunda 27 milyon 602 min manata düşmüşdür. QSC-nin yığılmış mənfəət portfeli illik müqayisədə 23%  kiçilərək 17 milyon 232 min manatdan 13 milyon 282 min manata enib.

AzTV-nin cəmi aktivləri illik müqayisədə 4.4% artaraq 34 milyon 164 min manatdan 35 milyon 663 min manata yüksəlmişdir. 

Şirkətin cəmi öhdəlikləri kəskin yüksəliş nümayiş etdirərək 2 milyon 340 min manatdan 8 milyon 61 min manata çatıb. Bu da öhdəliklərin son bir ildə 3.4 dəfə artması deməkdir. Öhdəliklərin artmasına əsasən ticari və sair kreditor borclarının 1.87 mln manatdan 5.60 mln manata yüksəlməsi təsir göstərmişdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑