Ölkə · Banker.az

Azərbaycandan daimi yaşamaq üçün gedən gənclər ən çox bu ölkələri seçiblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycandan daimi yaşamaq üçün gedən gənclər ən çox bu ölkələri seçiblər xəbəri üçün şəkil

2025-ci ildə Azərbaycandan daimi yaşamaq məqsədilə xarici ölkələrə gedən 15–29 yaşlı gənclərin sayı ölkəyə eyni məqsədlə gələnlərin sayını üstələyib.

Banker.az saytının verdiyi məlumata görə, ötən il 554 gəncin Azərbaycandan daimi yaşamaq üçün xarici ölkələrə getməsi qeydə alınıb.

Eyni dövrdə xarici ölkələrdən Azərbaycana daimi yaşamaq üçün gələn gənclərin sayı 419 nəfər təşkil edib. Beləliklə, bu kateqoriya üzrə ölkədən gedənlərin sayı gələnlərdən 135 nəfər çox olub.

Daimi yaşamaq üçün ölkədən gedən gənclərin ən çox üz tutduğu ölkə Rusiya olub – 189 nəfər. İkinci yerdə 141 nəfərlə Türkiyə qərarlaşıb.

Bundan başqa, 39 gəncin ABŞ-yə, 34 nəfərin Almaniyaya, 30 nəfərin Kanadaya, 20 nəfərin isə Gürcüstana daimi yaşamaq üçün getməsi qeydə alınıb.

Azərbaycana daimi yaşamaq üçün gələn gənclər arasında da Rusiya və Gürcüstan əsas yerləri tutub. Rusiyadan 189, Gürcüstandan 142, Türkiyədən isə 21 gənc gəlib.

Qeyd edək ki, statistika daimi yaşayış məqsədilə qeydə alınmış miqrasiya hallarını əhatə edir. Xaricdə müvəqqəti işləməyə və ya təhsil almağa gedən bütün şəxslər bu göstəricilərə daxil deyil.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑