İqtisadiyyat · Banker.az

Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq xəbəri üçün şəkil

Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.

Azərbaycana bir çox ölkələrdən müraciətlər daxil olur, xahişlər gəlir ki, istehsal etdiyi neft məhsullarını o ölkələrə ixrac etsin.

Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bütün işləri vaxtında görüb:

“Bizim bu gün potensialımız, – mən təkcə neft məhsullarını nəzərdə tuturam, – 30 milyon tondur. Bunun 7 milyon tonu Azərbaycanda neftayırma zavodunda emal olunur, 23 milyon tonu isə xaricdə. Bax, bunu biz vaxtında etdik. Bir zavodu sıfırdan qurduq, iki zavod aldıq. Bu gün 30 milyon ton neft məhsullarına sahib olan, – özü də tək yerdə yox, üç yerdə, – ölkələr də çox deyil. Ona görə nəzərə alsaq ki, bir daha deyirəm, əfsuslar olsun, bizim ətrafımızda gedən müharibələr dayanmır, – biz çox istərdik ki, dayansın, amma dayanmır, – ona görə bizim məhsullarımıza, qazımıza tələbat daha da artacaq”.

Xəbəri paylaş

Bu saytda oxunma: 1

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑