Dünya · Baku.ws

Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi xəbəri üçün şəkil

Türkiyənin Adana şəhəri və daha 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyatlar nəticəsində 73 şübhəli həbs olunub.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, araşdırma çərçivəsində ümumilikdə 106 nəfər müəyyən edilib. Onlardan 33-ü məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Əməliyyat zamanı silahlar, patronlar və müxtəlif növ narkotik vasitələr aşkarlanıb. Həmçinin cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 20,5 milyon lirə dəyərində iki daşınmaz əmlak və 7,275 milyon lirə dəyərində 12 avtomobil müsadirə edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑