Hadisə · Baku.ws

Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar xəbəri üçün şəkil

Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub.

BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasının tədbirlərində iştirak etdiyi, həmçinin uşaq futbol klublarından birində oynadığı bildirilir.

Sözügedən insidentdən bir neçə saat sonra onun sosial şəbəkədə hadisə ilə bağlı bir paylaşıma rəy yazdığı da məlumdur.

İnsidentin görüntülərini şərh edən internet istifadəçilərinə o, "Instagram" profilindən - "Heç kim bilib-bilmədən fikir bildirməsin", - deyə şərh yazıb.

Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar

Xatırladaq ki, 225 saylı orta məktəbdə jurnalistlərə hücum ötən gün məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gələn televiziya çəkiliş qruplarının iştirakı ilə baş verib.

Məlumata görə, məktəbin həyətində jurnalistlərlə bir qrup şəxs arasında qarşıdurma yaranıb. İnsident zamanı "Real" TV-nin operatoru və stajoru döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmçinin "Space" telekanalının əməkdaşının da döyüldüyü bildirilir.

Faktla əlaqədar polis tərəfindən saxlanılanların olduğu bildirilir, hazırda araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑