Mədəniyyət · Baku.ws

İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan: "Unudulması çətin qadındır"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan: "Unudulması çətin qadındır" xəbəri üçün şəkil

Məşhur müğənni Sinan Akçıl şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sənətçi açıqlaması zamanı keçmiş həyat yoldaşı, aktrisa Burcu Kıratlıdan danışıb.

Sənətçi Burcu ilə iki dəfə evlənib-boşanmasına baxmayaraq, hələ də onu unutmadığını deyib:

"Burcu unudulması çətin qadındır. Onunla üçüncü dəfə də evlənə bilərəm".

Cütlüyün uzun müddətdir yenidən, yəni üçüncü dəfə eşq yaşamağa başladığı bildirilib.

Xatırladaq ki, onlar ilk dəfə 2019-cu ildə Türkiyənin Amsterdamdakı konsulluğunda nikah masasına əyləşib. 9 ay sonra boşanıblar. Buna səbəb Burcunun Sinanı çox qısaqanması olub.

İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan:

İkinci dəfə onlar 2021-ci ildə təmtəraqlı toy məclisi ilə ailə qurublar. Bu evlilik də cəmi 15 ay davam edib.

2022-ci ildə 3 dəqiqə davam edən məhkəmədə cütlük boşanıb.

İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan:
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑