İqtisadiyyat · Baku.ws

FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib xəbəri üçün şəkil

ABŞ Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələri dayandırmağı tələb edib, əks halda, Vaşinqton Kiyevə mühüm kəşfiyyat məlumatları ötürməyəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb.

Nəşrin məlumatına görə, cümə günü Mayamidə Ukrayna nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə təxminən səkkiz saatlıq görüş keçirib. Tərəflər Rusiyanı müharibəni dayandırmağa inandırmağın mümkün yollarını müzakirə etməyi planlaşdırıblar, lakin vəziyyətlə tanış olan üç mənbənin məlumatına görə, danışıqlar pozulub.

FT yazıb ki, Kiyev Vaşinqtonun Rusiya neft emalı müəssisələrinə zərbələri dayandırmaq tələbini yerinə yetirməsə, Trampın məsləhətçiləri Stiv Uitkoff və Cared Kuşner kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırıla biləcəyi barədə Ukrayna tərəfinə xəbərdarlıq ediblər.

Nəşr vəziyyətin gərginləşməsini ABŞ-nin Rusiya yanacağına qoyulmuş məhdudiyyətləri aradan qaldırmaq qərarı ilə əlaqələndirib.

Eyni zamanda, yüksək vəzifəli Ukrayna rəsmisi bildirib ki, Kiyev Rusiya neft emalı müəssisələrinə hücumları davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti şənbə gününə planlaşdırılan danışıqların ikinci raundundan imtina edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑