İranın Ali Rəhbəri Müctəba Xamenei orduya istənilən təhdidə qətiyyətlə cavab vermək barədə göstəriş verib.
“Bakupost” xəbər verir ki, bu barədə Xameneinin mətbuat xidməti məlumat yayıb.
İran silahlı qüvvələrinin komandanlığı ilə görüşü zamanı Xamenei bildirib ki, rəqib tərəfdən gələn potensial təhdidlərə veriləcək hər hansı cavab sürətli və effektiv olmalı, həmçinin coğrafi sərhədlərlə məhdudlaşmamalıdır.




