Dünya · Bakupost.az

Vaşinqtonun Türkiyə planı: Trampın husilər bəyanatının pərdəarxası

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vaşinqtonun Türkiyə planı: Trampın husilər bəyanatının pərdəarxası xəbəri üçün şəkil

ABŞ Türkiyədən Yəməndəki Husi üsyançı hərəkatına qarşı hərbi əməliyyatlara qoşulmağı xahiş edə bilər.
"Bakupost" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Mən bunu edə bilərəm. Bildiyiniz kimi, o (Rəcəb Tayyib Ərdoğan - red.), mənim yaxşı dostumdur və mən də bunu edə bilərəm. Türkiyə Prezidentinə böyük hörmətim var. Düşünürəm ki, Prezident Ərdoğan mənim xahişimi yerinə yetirəcək. Ona böyük hörmətim var", - deyə Tramp bildirib.
Siyasi şərhçi Elçin Xalidbəyli “Bakupost”a bildirib ki, Türkiyə qlobal məkanda öz siyasi iradəsini artıq diktə edən bir dövlətdir:“Yəni Türkiyə Trampın xahişi və yaxud tələbilə hərəkət edəcək bir dövlət deyil. Ankara belə taleyüklü, önəmli məsələlərlə bağlı qərarları təbii ki, özü verir. Rəsmi Ankara Pakistan və Səudiyyə Ərəbistanı ilə “Məkkə sazişi” imzalayıb və bu çərçivədə Əl-Riyadın müdafiəsilə bağlı müəyyən addımlar atmaqdadır”.

Ekspertin fikrincə, Tramp hansısa mərhələdə Ankaranın husilərlə qarşıdurmaya gedəcəyi ehtimalının mövcudluğunu nəzərə alaraq, prosesdə adının hallanmasına nail olmaqla özünün piarına çalışır:
“Təbii ki, Tramp da bunu görür və bilir ki, Türkiyə Səudiyyəni müdafiə etmək üçün hər an birbaşa husilərlə qarşı hərbi qarşıdurmaya gedə bilər. Donald Tramp ona görə bunu da öz adına çıxmağa çalışır. Çünki onu maraqlandıran yeganə məsələ özünün müxtəlif dövlətlər və siyasi liderlərə təsir gücü ilə bağlı piar kampaniyası qurmaqdan ibarətdir. İndiyə qədər də guya 8 münaqişəni dayandırdığı ilə bağlı iddialar irəli sürür. Böyük ehtimalla bu dəfə də Ağ Ev sahibi Türkiyəyə təsir imkanları baxımından uydurma mesaj verir. Belədə, Tramp Ankara husilərlə hərbi qarşısdurmaya gedərsə, bunun məhz onun özünün xahişilə baş verdiyini iddia edəcək. Yəni Tramp öncədən belə bir situasiyanı yetişdirməyə çalışır. Çünki artıq müşahidə edir ki, hansısa mərhələdə Türkiyənin husilərlə hərbi qarşıdurmaya girməsi ehtimalı mövcuddur və bu ehtimalı da əvvəlcədən öz piarı üçün mənimsəməyə çalışır”.
Rüfət Sultan,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑