“Avropada bir çoxları 2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazırlaşır. Rusiya mümkün müharibəyə hazırdır, lakin belə bir qarşıdurma istəmir”.
"Bakupost" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya–Afrika sammitinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.
Putin Qərbin Rusiyaya strateji məğlubiyyət yaşatmaq məqsədinə nail olmadığını da vurğulayıb.
Rusiya ilə Avropa arasında müharibə ehtimalına toxunan Putin belə bir qarşıdurmada “qalib olmayacağını” deyib və Avropa ölkələrini bunu unutmamağa çağırıb.
O, Rusiyada Birinci və İkinci dünya müharibələrinin dərslərinin yaxşı xatırlandığını, belə hadisələrin təkrarlanmaması üçün hər şeyin edildiyini bildirib.



