Dünya · Bakupost.az

Meksika karteli ABŞ-yə hücum etdi:Sərhədyanı şəhərləri viran qoyublar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Meksika karteli ABŞ-yə hücum etdi:Sərhədyanı şəhərləri viran qoyublar xəbəri üçün şəkil

Meksikanın “Xalisko Yeni Nəsil” (CJNG) narkokartelinin silahlı dəstələri ABŞ-nin Texas və Nyu-Meksiko ştatlarının sərhədyanı yaşayış məntəqələrinə soxulublar.


"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, ən şiddətli toqquşmalar Texasın El-Paso şəhərində qeydə alınıb.
Məlumata görə, mərkəzi küçələrdə mağazalar bağlanıb, kütləvi yağmalama və dinc sakinlərə hücum halları baş verir. Yerli mətbuatın yazdığına görə, qanunsuz miqrantlar da kartel üzvlərinə qoşularaq şəhərdə qarətçiliyə başlayıblar.
“Küçəyə çıxmaq qeyri-mümkündür, hər tərəf tüstü içindədir, heç bir xidmət işləmir. Hökumətdən heç bir dəstək yoxdur, yalnız möcüzəyə ümid edirik”, – deyə El-Paso sakinlərin dəhşətli vəziyyəti təsvir edib.
Qeyd edək ki, analoji hücumlar və polislə atışmalar Texasın Fabens, Fort-Xankok, eləcə də Nyu-Meksikonun Xoçita və Kloverdeyl məntəqələrində də davam edir. Ştat rəhbərliyi ərazilərə Milli Özünümüdafiə qüvvələrini yeritsə də, rəsmi qurumlar hələlik ətraflı açıqlama verməkdən çəkinirlər.
Məlumat üçün bildirək ki, sərhəddəki böhran ABŞ-də baş verən “ikinci vətəndaş müharibəsi” və ölkənin parçalanmasından sonra, eləcə də Sərhəd Patrulunun səlahiyyətlərinin ixtisarı fonunda daha da kəskinləşib. Tərəflər arasında sərhəd zonasında nəzarəti ələ keçirmək uğrunda qanlı döyüşlərin davam etdiyi bildirilir.
Xatırladaq ki, cari ilin fevralında Meksikada “Xalisko Yeni Nəsil” narkokartelinin başçısı, “El Menço” ləqəbli Nemesio Oseguera Servantes hökumətin xüsusi hərbi əməliyyatları nəticəsində zərərsizləşdirilərək məhv edilmişdi. Bundan sonra isə kartel ölkədə təhlükəsizlik qüvvələrinə qarşı hücumlara start vermişdi.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑