"New York Post" qəzetinin xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, aralıq seçkilərdə Demokratların qələbə qazanaraq Konqresin hər iki palatasına nəzarəti ələ keçirmələrinə baxmayaraq, impiçmentdən (vəzifədən uzaqlaşdırılmaqdan) qətiyyən qorxmur.
Onun sözlərinə görə, kifayət qədər əsas olmadan onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdi Demokrat Partiyası üçün siyasi iflasla nəticələnər.
"Düşünürəm ki, əgər onlar belə bir addım atsalar, bu, Demokrat Partiyasını məhv edər, çünki bu, heç bir əsası olmayan bir impiçment olardı. Nəyə görə? Ölkənin vəziyyəti bu qədər yaxşı olduğuna görəmi?" Tramp noyabrın 4-də, Ağ Evdə yeni ziyafət zalının tikinti meydançasında keçirilən tədbir zamanı jurnalistlərə deyib.
Bu, Respublikaçıların Senat və Nümayəndələr Palatası üzərində nəzarəti itirdikləri aralıq seçkilərdən sonra onun ilk ictimai çıxışı olub. Prezident həmçinin Konqresdəki Demokratlarla işləməyə hazır olduğunu bildirib, lakin xəbərdarlıq edib ki, onların hərəkətlərini dağıdıcı hesab edərsə, veto hüququndan istifadə edəcək. "Əgər dağıdıcı yolla hərəkət etməsələr, yəqin ki, Demokratlarla yola gedə bilərəm. Amma mənim veto hüququm var"- o deyib.
SAMİRƏ





