Siyasət · Bakı Xəbər

Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi... xəbəri üçün şəkil



Məhərrəm Zülfüqarlı: “Belə bir rejimin hakimiyyətdə olduğu bir dövlətin TDT-yə gəlməsi qəbulolunmazdır”

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin “Rusiyanı Türk Dövlətləri Təşkilatına daxil edək” təklifinə Ankara yox deyib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu Rusiyanın təşkilata üzvlüyünün mümkün olmadığını belə əsaslandırıb: “Hər hansı dövlətin Türk Dövlətləri Təşkilatına üzvlüyü və ya müşahidəçi statusunda qatılması üçün rəsmi dili türk dillərindən biri olmalıdır. Rusiya bu tələbə cavab vermir. 1993-cü ildə təsis olunan TÜRKSOY-a Rusiyadan Altay, Tuva, Çuvaş, Başqırdıstan,Yakut və Tatarıstan da qatılmışdılar. Ancaq Rusiya Federasiyasi 2015-ci ildə aldığı qərarla bu bölgələrin TÜRKSOY-dakı fəaliyyətlərini dondurdu”.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, bu, məsələ indiki vaxtda çox aktualdır: “Ancaq Qazaxıstan prezidentinin təklifi gözlənilməz idi. Həm də indiki reallıqdan irəli gəlir. Yəni Türkiyə tərəfinin bu açıqlaması hardasa məntiqli və düzdür. Digər tərəfdən Rusiyada olan Altay, Tuva, Çuvaş, Başqırdıstan,Yakut və Tatarıstanın Putinə qədərki statusları, onların hüquqları daha çox idi. Putin prezident olandan sonra bunların hamısını geri aldı. Belə bir rejimin hakimiyyətdə olduğu bir dövlətin TDT-yə gəlməsi qəbulolunmazdır. Ona görə də Türkiyənin bu məsələdə mövqeyinə biz dəstək veririk. Çünki Çar dövründən başlayaraq SSRİ, indidə Putinin rəhbərlik etdiyi Rusiya türk xalqlarına, dövlətlərinə qarşı düşmən münasibət bəsləyir. Türkdilli xalqların hüququnu məhdudlaşdıran bir rejimin hakim olduğu bir dövlətin ora üzv olması qəbuledilməzdir. Gələcəkdə Rusiya demokratikləşərsə, türkdilli qurumlar öz hüquqlarını təmin edərlərsə, o zaman bu məsələyə baxmaq olar. Ancaq bir məsələ də var və bu, müəyyən mübahisə yarada bilər. Məsələ ondadır ki, Macarıstanın dili türk dili deyil, amma müşahidəçi statusu ilə TDT-də təmsil olunur. Bundan başqa, Cənubi Koreya və Yaponiya da belə birliyə daxil olmaq istəyir. Hesab edirəm ki, bu məsələ üzərində düşünmək olar”.

Vidadi ODAHALLI

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑