Dünya · Bakı Xəbər

Obama Trampı ələ saldı -

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Obama Trampı ələ saldı - xəbəri üçün şəkil



ABŞ-ın keçmiş prezidenti Barak Obama Donald Trampın Vaşinqtondakı təmir layihələrini lağa qoyaraq, hazırkı dövlət başçısının Amerika xalqını narahat edən məsələlərdən daha çox Ağ Evin yenidən tərtibatı ilə məşğul olduğuna eyham vurub.

“The Hill" nəşrinin məlumatına görə, Obama bu fikirləri Ohayo ştatının Klivlend şəhərində, Demokrat namizədlər Emi Akton və Şerrod Brauna dəstək məqsədilə keçirilən seçki tədbirində səsləndirib. "Görünür, o daha çox ev təmiri ilə məşğuldur. Onun HGTV-də (ev təmiri və interyer dizaynına həsr olunmuş Amerika televiziya kanalı) öz verilişi olmalıdır", - deyə Obama zarafat edib. O, həmçinin media xəbərlərinə görə 900 milyon dollardan çox vəsaitə başa gələn Ağ Evdəki genişmiqyaslı tikinti işlərini tənqid edib. "Bu qədər qızıl nəyə lazımdır? Ağ Ev indi elə görünür ki, sanki Səddam Hüseyn orada “Cheesecake Factory” restoranı açıb", - deyə keçmiş prezident bildirib. "Cheesecake Factory" təkcə desertləri ilə deyil, həm də geniş, bəzəkli və müxtəlif üslubların qarışığından ibarət interyerləri ilə tanınan məşhur Amerika restoranlar şəbəkəsidir. Ağ Evi keçmiş İraq diktatorunun açdığı bir restoranla müqayisə edən Obama, Trampın qızıl dekorasiyaya və həddindən artıq dəbdəbəyə olan meylini ələ salıb.
Əslində bu, Obamanın prezident iqamətgahındakı dəyişikliklərlə bağlı ilk zarafatı deyil. O, daha əvvəl "HBO Max" platformasında Larri Devidin verilişində çıxış edərkən Ağ Evin qızılla dolu interyer dizaynını tənqid etmişdi. Trampın digər layihələri də keçmiş prezidentin tənqidinə tuş gəlib. Obama respublikaçının 2016-cı il seçki kampaniyasındakı "bataqlığı qurutmaq" (yəni Vaşinqtondakı siyasi quruluşu kökündən dəyişmək) şüarını xatırladaraq, bunu Linkoln Memorialındakı "Əks etdirən hovuz"un (Reflecting Pool) təmiri ilə əlaqələndirib. Təmirdən sonra suda yaşıl yosunlar peyda olub, Amerika bayrağının rənglərinə boyanmış yeni boya qatı isə qopmağa başlayıb. Həmçinin, əraziyə ziyan vurulduğu iddiaları fonunda bu layihə hüquqi mübahisəyə də səbəb olub.
SAMİRƏ

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑