Kriminal · Bakı Xəbər

İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı... xəbəri üçün şəkil



Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Astara” gömrük postunun idxal nəzarət xəttində İrandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmet aşkarlanmasa da, sürücünün davranışları şübhə doğurub. Bununla əlaqədar onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı sürücünün belinə korset vasitəsilə bağlanmış üç bağlamadan ümumilikdə 3 min metadon həbi aşkar edilib.

Bundan əlavə, sürücünün gömrük postunun ərazisinə atdığı iki bağlamaya baxış zamanı ümumi təmiz çəkisi 2 kiloqram 950 qram olan kustar üsulla hazırlanmış heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑